14 may 2024 at 22:21
Jurnalist kodu: 5561
Xəbər kodu: 85477319
T T
0 Persons
İranın BMT-dəki nümayəndəliyi: Qəzzədə soyqırımın dayandırılması qlobal tələbdir - Video

Nyu York - İRNA - İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi Nikbət (fəlakət) günü münasibəti ilə bildirib: “Soyqırımın dayandırılması və İsrailin Qəzzədə törətdiyi ağır cinayətlərlə bağlı məhkəmə araşdırmasına başlanması qlobal tələblərindən biridir.”

İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi çərşənbə axşamı X sosial şəbəkəsində video yayımlayaraq yazıb: “Nikbət günü Fələstin torpaqlarının 76 illik məcburi köçkün, qəsb və işğalını xatırladır. Soyqırımın dayandırılması və İsrail rejiminin Qəzzədə törətdiyi ağır cinayətlərlə bağlı məhkəmə araşdırmasına başlanması qlobal tələblərindəndir.”

Bundan əvvəl İran İslam Respublikasının Xarici İşlər Nazirliyi bəyanat yayaraq bildirib: “1948-ci il mayın 14-ü Fələstin torpaqlarının fəlakətli işğal dövrünün və onun məzlum xalqının hüquqlarının, xüsusilə öz müqəddəratını təyinetmə hüququnun açıq şəkildə pozulmasının başlanması günüdür və 76 ildir ki, onun acı nəticələri regionu və İslam dünyasını bürüyüb, İslam dünyasının bədənində dərin və ağrılı yaraya çevrilib.”

Nikbət günü (Yəvmun-nikbə), İngiltərə müstəmləkəçiliyinin məkrli və xəbis niyyəti ilə İslam dünyasının mərkəzində aparteid və işğalçı rejimin yaradılmasının ildönüm günüdür. Bu gün, başda ABŞ olmaqla dünyanın müstəmləkəçi dövlətlərinin birbaşa və dolayı dəstəyi ilə qanlı soyqırım, qırğın, köçkünlük, işğal və müqəddəs Fələstin torpağının təhqir olunması dövrünün başlanmasını xatırladır.

0 Persons

Sizin rəyiniz

You are replying to: .